“American Thinker” dərgisi yazır ki, Ukrayna ilə hipotetik hərbi münaqişə yaranarsa, Kiyevi ələ keçirmək üçün Rusiya ordusuna 1 gündən az vaxt lazım olacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dərginin vurğuladığına görə, “Soyuq müharibə” bitdikdən sonra NATO-nun Şərqə doğru genişlənməsi yanlış addım idi və bu, indiki gərgin duruma gətirib çıxarıb.

Müəlliflərin fikrincə, Şimali Atlantika Alyansı (NATO) Ukraynanı təşkilata daxil etməyə çalışsa, hərbi əməliyyatlar ola bilər. Dərgi onu da vurğulayır ki, ola biləcək hərbi əməliyyatların başlaması Rusiya üçün hərbi, siyasi, ya da iqtisadi baxımdan xüsusi risklər daşımır.

Dərgi yada salır ki, Rusiya ordusu Ukrayna silahlı qüvvələrindən üstündür və ABŞ Prezidenti Co Bayden NATO-nun Moskva ilə Kiyev arasında mümkün hərbi münaqişəyə müdaxilə etməyəcəyini açıq şəkildə bildirib. Bundan başqa, Amerika lideri fikrini dəyişsə belə, hərbi potensialını azaldan alyans ölkələri Rusiya ordusu ilə rəqabət apara bilməyəcək.

Müəlliflər iddia edirlər ki, siyasi nəticələr yalnız qınama ilə məhdudlaşacaq və Qərb Moskvaya iqtisadi cavab verə bilməyəcək. “Demokratlar iqtisadi baxımdan çətin ki, yeni anti-Rusiya sanksiyalarını dəstəkləsinlər. Onlar bu fikrə qarşı çıxacaqlar, çünki məhdudiyyətlər şübhəsiz ki, pandemiyanın yaratdığı indiki iqtisadi tənəzzülü daha da şiddətləndirəcək və onların öz iqtisadiyyatlarını vuracaq böhrana səbəb olacaq”, – deyə araşdırma yazısında qeyd olunur.

Qeyd edək ki, son zamanlar Qərb mətbuatında iki ölkənin sərhədində qoşunların toplaşmasına görə Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı siyasətçilərin xəbərlərinə və bəyanatlarına daha çox yer verilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kreml silahlı qüvvələri öz ərazisi daxilində və öz mülahizəsinə uyğun hərəkət etdirir. Bu hərəkətlər heç kimi təhdid etmir və heç kəsi rahatsız etməməlidir. Rəsmi Moskva vurğulayıb ki, Rusiyanın hücumu ilə bağlı xəbərlər NATO qüvvələrinin sərhəd bölgələrində qurulması üçün bəhanə kimi istifadə olunur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın