“Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunar. Bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Şimali Atlantika Alyansının (NATO) keçmiş baş katibi Andres Foq Rasmussen (Anders Fogh Rasmussen) bəyan edib.

“Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə (alyansa -red.) dərhal qərar verə bilərik. Siz ertəsi gün üzv ola biləcəksiniz, çünki bütün gərəkli üzvlük meyarlarına cavab verirsiniz”, – deyə o, vurğulayıb.

Onun sözlərinə görə, Rusiya NATO rəsmiləri ilə danışıqlarda Avropadan Alyansın genişlənməsinə veto qoymağı tələb edib.

“NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə gətirib çıxaracaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”.

Öncəki xəbərAlmatıda saxlanılan qanunsuz aksiyaçıların sayı 2,6 min nəfərə çatıb
Sonrakı xəbərXocavənddə Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın