Almaniyalı jurnalist-tədqiqatçı, “Bild” dərgisinin siyasət bölməsinin məsul redaktoru Yulian Röpke (Julian Röpcke) erməni xalqına müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Yulian Röpke öz “Twitter” hesabında yazıb.

“Əziz ermənilər, mən ciddiyəm, mənə “etnik təmizləmə” və “sizin öz vətəninizi qorumağınız” barədə danışmağa son qoyun. Siz Azərbaycanın yüz minlərlə insanının qovulduğu ərazilərində döyüşürsünüz. Ağdam sizin etdiklərinizin ən parlaq nümunəsidir.

Yox, bədbəxt qurbanlar və “azərbaycanlı terrorçular”ın niyə hücum etdiyini anlamamış kimi görünmək gərək deyil. Siz onların torpağında vuruşursunuz, əksinə yox”, – deyə Y.Röpke bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın