Bədii gimnastika üzrə Azərbaycan Milli Komandasının keçmiş üzvü Aliyə Qarayeva Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini ortaya qoyub. 

O, “Instagram” hesabından yaydığı açıqlamada Azərbaycan Ordusunun ədalətli hərbi əməliyyat keçirdiyini bildirib: 

“Əziz dostlar, son vaxtlar Azərbaycanın guya Ermənistana hücum etdiyini yazan saxta xəbərlərlə tez-tez qarşılaşıram. Ancaq gəlin, etiraf edək. Artıq 30 ildir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır.

Yüz minlərlə azərbaycanlı evlərini itirdi. Bu 30 il boyunca Ermənistan vaxtaşırı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Dinc insanlar öldürülüb. Buna baxmayaraq, Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək ümidini itirməyib. Ancaq bütün səbirlər sona çatır.

İndi Azərbaycan Ordusu torpaqlarını erməni işğalçılarından azad etmək üçün əməliyyat keçirir. Biz mülki şəxslərlə mübarizə aparmırıq. Biz müharibə istəmirik. Erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından dərhal çıxarılmasını tələb edirik”.

Gimnastımız #KarabakhisAzerbaijan həştəqini qoymağı unutmayıb. 

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində anadan olmuş Aliyə Qarayeva milliyyətcə tatardır. 32 yaşlı keçmiş gimnast vaxtı ilə Azərbaycan adından Avropa Çempionu (iplə hərəkətlərdə) olub, səkkiz dəfə Dünya Çempionatının mükafatçısı olub. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın