Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər. Bu cür kiçik ölçüyə sahib olmasına baxmayaraq sözügedən kamera keyfiyyətli rəngli fotolar çəkə bilir. Perspektivdə isə bu cür kameralardan müxtəlif səthlər yaratmaq mümkün ola bilər.

Yaradılmış kiçik kamera dairəvi formada olan qravüranı xatırladan şəffaf panel şəklindədir. Əslində isə 0,5 mm diametrə sahib həmin dairəvi qravür özündə 1.6 milyon ədəd silindri birləşdirir. Hər bir silindrin unikal forması var və optik anten kimi çalışır.

Sözügedən silindrlər birlikdə optik dalğa frontunu yaradırlar. Daha sonra isə sistem süni zəka alqoritmi sayəsində təsviri yarada bilir. Nəticədə mövcud olan kiçik ölçülü kameraların çəkdikləri fotolardan daha keyfiyyətli foto əldə edilir.

Duz dənəciyi ölçüsündə olan kameranın testlərini aparan zaman mütəxəssislər 720×720 piksel keyfiyyətində olan tam rəngli fotonu əldə edə biliblər. Bu kameranın əsas üstünlüyü ondan ibarətdir ki, onun istehsalı asan başa gəlir. Belə ki, onlar silisium nitritdən hazırlanırlar.

Onların konstruksiyalarında istifadə olunan nanostrukturlar isə DUV litoqrafiyası vasitəsilə əldə edilir. Praktiki cəhətdən bu cür kameralar təkcə tibb sahəsində deyil, başqa bir çox sahədə də istifadə edilə bilər. Alimlərin sözlərinə görə, demək olar istənilən səthi bu kameralar ilə təchiz etmək olar.

Bu halda smartfonlar üçün 2, ya da 3 kamera lazım olmayacaq. Belə ki, bu cür kameraları smartfonun arxa panelinə quraşdırandan sonra smartfonun arxa hissəsi böyük bir kamera funksiyasını yerinə yetirə biləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın