“Dörd gün ərzində Rusiya ordusundan ölən və yaralanan hərbçilərin sayı 5,3 mindən çoxdur”

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun yüzlərlə hərbçisi əsir düşüb: “Onların çoxu çox gəncdir. Bəziləri aldadılıb, bəziləri təbliğatla zombiləşdirilib və ya qorxudulub. Ümumiyyətlə, aydındır ki, onların əksəriyyətinin motivasiyası aşağıdır”.

Nazir bildirib ki, Ukrayna üçün insan həyatı çox dəyərlidir: “Ukraynalıların həyatını xilas etmək üçün Ukrayna Müdafiə Nazirliyi Beynəlxalq İT ictimaiyyətinin təşəbbüsünü dəstəkləyib. Bu, çox sadədir. Biz rus əsgərlərinə seçim təklif edirik: ədalətsiz müharibədə ölmək, ya da tam amnistiya və 5 milyon rubl təzminat ödəniləcək Qlobal İT sənayesinin liderləri bu hərəkəti təmin etmək üçün fondlar toplayırlar.

Biz Rusiya hərbçilərinə yeni həyata başlamağı təklif edirik. İşğalçı olmaqdan imtina edən hər kəs sülhü yaxınlaşdıracaq. İşğalçı yolunu seçənlərə mərhəmət olmayacaq”, – Reznikov bildirib.

MƏNBƏUNIAN
Öncəki xəbərFIFA və UEFA Rusiya komanda və klublarını bütün turnirlərdən uzaqlaşdırdı
Sonrakı xəbərRusiya Ukraynaya “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın