“Rusiya ilə kompromis və onu “sakitləşdirmək” üçün Ukrayna ərazisinin bir hissəsini işğal etməsilə barışmaq baş tutmayacaq – işğalçılar ölkəmizdən tamamilə çıxmalıdırlar”.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb və əlavə edib ki, indi düşmənlə hər-hansı barışıqdan söhbət getməməlidir.

“Barışığın yeganə variantı Rusiyanın kapitulyasiya sənədini imzalaması, qoşunlarını çıxarması və kompensasiya haqqında danışmaqdır. Bu, dövlət rəhbərliyinin prinsipial mövqeyidir”, – deyə Arestoviç bildirib.

O vurğulayıb ki, bunlar təkcə prezident və ölkə rəhbərliyinin yox, həm də diplomatların, eləcə də Ukraynanın beynəlxalq tərəfdaşları – ABŞ və Böyük Britaniyanın şərtləridir.

“Avropadakı xəyalpərəstlərin hər şeyin nə qədər qeyri-müəyyən olduğunu təsəvvür etməyə vaxtları var, ancaq Rusiyanın hərbi məğlubiyyəti və bütün düşmən əsgərlərin Ukraynadan çıxarılması istisna olmaqla, bunların heç biri baş verməyəcək”, – deyə Arestoviç əlavə edib.

Onun sözlərinə görə, bir sıra ölkələr Minsk anlaşmalarını təkrarlamaq, o cümlədən nəyin bahasına olursa-olsun atəşkəsə çağırmaq istəyirlər.

“Rusların burada qalmasına icazə verəcəyimiz variant olmayacaq. Ayrı-ayrı ölkələr danışıqlara cəhd edə bilər, lakin biz Avropada hansı çoxşaxəli proseslərin getdiyini görürük. Onlar bəzən tərəddüd edəcəklər, çünki bu, Avropanın siyasət məktəbidir”, – deyən Arestoviç Rusiya Federasiyası, Fransa və Almaniya arasında müəyyən bir oyun keçirilə biləcəyini sözlərinə əlavə edib. O, bu davranışı qəribə mövqe adlandırıb.

KİMVioletta Orlova
MƏNBƏUNIAN
Öncəki xəbərMariya Zaxarova: Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib
Sonrakı xəbərAzad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın