Şuşanın keçmiş “meri” Artsvik Sarkisyan Ermənistanın Şuşanı necə “qaytara” biləcəyi ilə bağlı plan açıqlayıb. Onun düşüncəsinə görə, bunun üçün daha güclü olmaq, ultra-modern silahlar əldə etmək, səmanı bağlamaq və mütəşəkkil bir ordu qurmaq yetərlidir. Sözlərdə bu çox asan görünür. Bəs Ermənistan buna nail ola biləcəkmi? Bu proses nə qədər vaxt və pul tələb edir?

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin Media.Az-a verdiyi müsahibəsində Ermənistanda revanşist duyğuların olduğunun təbii görür:

“Bakı qanuni olaraq Azərbaycanın olan Qarabağın qaytarılması üçün 26 il gözləyib. Ermənistanda isə bu əraziləri özlərininki sayırlar. Deməli, siyasi baxımdan İrəvanın verdiyi açıqlamalar təəccüb doğurmamalıdır”, – deyə hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, hərbi komponentə gəlincə, Ermənistan hədəflərinə çatmaq üçün Azərbaycandan güclü olmalıdır.

“Ancaq buna necə nail olmaq olar – bilmirəm. Düşünürəm ki, bu, Azərbaycanın Ermənistandan daha çox resursu olmasına, həmçinin iqtisadi durumunun daha güclü olmasına görə real deyil. Bakı hərbi baxımdan da İrəvandan önəmli dərəcədə üstündür. Ən başlıcası isə müharibənin nəticələrinə görə, Azərbaycan öncəkindən də güclü oldu. Buna görə də Ermənistanın Azərbaycanı necə ötüb keçə biləcəyini heç anlamıram”, – deyə Aleksandr Xramçixin vurğulayıb.

Öncəki xəbərAzərbaycan Türkmənistanla “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumu imzaladı
Sonrakı xəbərİngiltərəli qapıçı 96 metrdən qol vurub, keçmiş Qarabağlının rekordunu qırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın