Məşhur Hollywood aktyoru Alek Boldvinin (Alec Baldwin) təsadüfən operator Qalina Hatçinsi güllələdiyi “Pas” (Rust) filminin yaradıcı komandası çəkilişləri davam etdirməyə çağıran məktub imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, mesajın mətni Boldvinin “Instagram” səhifəsində yerləşdirilib.

“Pas” filminin çəkilişi zamanı iş qrafikimiz və maaşımız ədalətli və gözləntilərə uyğun idi”, – deyə məktubda bildirilir. Məktubda daha önəmli şeylərə diqqət yetirmək xahiş olunur.

“Pas” filminin çəkilişini nizamsız, təhlükəli və istismar xarakterli iş kimi qələmə vermək yanlışdır. Bu diqqəti ən önəmli olandan – Qalina Hatçinsin xatirəsindən və kino sənayesində köhnəlmiş güvənlik texnologiyası, həmçinin odlu silahlarla işləmək texnologiyasının müasirləşdirilməsi zərurətindən yayındırır”, – deyə çəkiliş qrupunun üzvləri yazıb.

Bundan əvvəl filmin rejissor assistenti Memi Mitçell və baş işıqçı Serj Svetnoy Boldvin, filmin prodüserləri və silahla işləyən texnikə qarşı məhkəmə iddiası qaldırmışdı.

“Rust” (Pas) filminin çəkiliş meydançasında baş verən olayla bağlı ilk dəfə müsahibə verən Hollywood aktyoru Alek Boldvin (Alec Baldwin) karyerasının bitmiş olduğunu söyləmişdi. Ağlayaraq danışan 63 yaşlı aktyor, “Mənə demişdilər ki, bu soyuq silahdır. Yəni onda heç bir mərmi yoxdur. Biri o silaha gerçək mərmi qoydu. Bilirəm ki, o adam mən deyiləm” demişdi.

Xatırladaq ki, 19-cu əsr vestern filmi olacaq “Rust”da Alek Boldvin həm filmin prodüseri, həm də baş rol ifaçısı idi. Onun açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək olmayıb. Sousa isə bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın