Alek Boldvinin çəkildiyi filmin rejissor köməkçisi operatorun öldüyü atışma hadisəsindən bir neçə dəqiqə qabaq aktyora tapançanın həqiqi güllə ilə dolu olmadığını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, filmin rejissor köməkçisi tapançanı Boldvinə ötürərkən silahın boş güllələrlə dolu olduğunu deyib. Bu məhkəmə sənədlərində yazılıb. Beləliklə, müstəntiqlər qeyd edirlər ki, nə rejissor köməkçisi, nə də Boldvin özü silahda əsl güllənin olduğunu bilməyib.

Eyni zamanda, tapançanın çəkiliş üçün hazırlanmasını silah üzrə mütəxəssis həyata keçirib, onunla əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (Pas) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Boldvinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb. Filmin çəkilişləri isə dayandırılıb.

Hollivud ulduzu Alek Boldvin çəkiliş zamanı baş vermiş bədbəxt hadisə ilə bağlı danışıb. O, yaşadığı şoku təsvir etməkdə çətinlik çəkdiyini bildirib.

Aktyorun fondunun yaydığı bəyanatda Boldvinin polislə tam əməkdaşlıq etdiyi və hadisənin təfərrüatlarının üzə çıxarılmasında maraqlı olduğu qeyd edilib. Bununla yanaşı, əyləncə sektoru işçilərinin Həmkarlar Birliyi tərəfindən yayılan məlumatda aktyorun atəş açdığı silahda cəmi bir ədəd döyüş gülləsinin olduğu vurğulanıb. İndi hüquq-mühafizə orqanları tərəfindən insidentin detalları araşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın