Türkiyəli aktrisa Nurgül Yeşilçay Instaqram hesabından paylaşdığı sarı, qırmızı və yaşıl rəngli kilim fotosu müzakirələrə səbəb olub. Aktrisanın sosial şəbəkədəki izləyiciləri kilimin rənglərini PKK terror təşkilatının rənglərinə bənzədildiyini irad tutmuşlar.
YALAN.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri rənglərin PKK simvolu olduğunu iddia edərək sərt reaksiya veriblər.

Etirazlarla qarşılaşan Nurgül məsələ ilə bağlı açıqlama verməli olub. Aktrisa terror təşkilatına dəstək verməsi barədə yazılan iddiaları rədd edib:
“Yoldaşlar, bu Osmanlı kilimidir. Rənglər bircə-bircə baxıb seçmişəm. Həm də qara rəng dən işlədilib. Qırmızı rəngin ətrafında isə neon rənglərə üstülünlü vermişəm. Bu oriental incəsənətdir. Boş şeylərə görə baş yormağa dəyməz. Sayğılar, sevirəm hər birinizi.”
Xatırladaq ki, aktrisa Paramparça serialı ilə Azərbaycanda da məhşurlaşmağa başlamışdı.