Bu gün Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin uduzaraq iştirakını dayandırdığı “Airthings Masters” onlayn şahmat turnirinin 1/2 final mərhələsə vəsiqə qazanıb.

Chess.com saytının məlumatına görə, Teymur Rəcəbov 1/4 final mərhələsindəki rəqibi olan rusiyalı Yan Nepomnyaşiy ilə öncə rapid mərhələsini bərabər başa vurdu 2:2. Daha sonra Blitz mərhələsini də heç-heçə bitirən tərəflər qarşılaşmanı Armaqedona daşıdı. Armaqedonda bəxt həmyerlimin üzünə gülərək Rəcəbovu yarımfinala daşıdı. Qeyd edək ki, eyni uğura amerikalı şahmatçı Vesli Sounu üstələyən fransız Maksim Vaşye-Laqraf da imza atdı.

Mərhələnin ən gözlənilməz nəticəsi isə, sössüz ki, Daniil Dubovla dünya çempionu Maqnus Karlsenin qarşılaşmasında qeydə alındı. Gənc rusiyalı şahmatçı Maqnusa demək olar ki, heç bir şans verməyərək onu 2.5:0.5 hesabı ilə məğlub edib. Teymur Rəcəbovun yarımfinaldaki rəqibi də, məhz rusiyalı Daniil Dubov olacaq. 1/2 finala vəsiqə qazanan dördüncü şahmatçı isə erməni Levon Aronyan oldu. 

Airthings Masters: 1/4 final mərhələsi
Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya) 0,5:2,5
Maksim Vaşye-Laqraf (Fransa) – Vesli So (ABŞ) 3,5:3,5
Hikaru Nakamura (ABŞ) – Levon Aronyan (Ermənistan) 0:2
Yan Nepomnyaşiy (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) 3,5:3,5

Airthings Masters: 1/2 final mərhələsi
Daniil Dubov (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan)
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqraf (Fransa)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın