V-VI əsrlərə aid alban monastırı olan Ağoğlan məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən tikilərək monastır formasına salınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qafqaz Albaniyası memarlığının klassik nümunəsi olan Ağoğlan monastrı 1992-ci il mayın 18-dən 2020-ci il dekabrın 1-dək Ermənistan tərəfinin işğalı altında olmuşdur.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin nəticəsi olaraq əzəli və əbədi yurd yerlərimiz kimi tarixi mədəni irsimiz də düşmən işğalından azad edilib. Düşmən 30 ilə yaxın işğal altında saxladığı Qarabağın əsrarəngiz təbiətinə qarşı ekosid, zəngin tarixi, maddi-mədəni və dini abidələrimizə qarşı isə urbisid həyata keçirib. Ermənilər bəzi yerlərdə isə alban-xristian dini irsinə aid abidələrin erməniləşdirilməsinə çalışıblar.

Ağoğlan məbədi də onlardan biridir. Təəssüf ki, Laçın rayonu işğal altında olduğu illər boyunca monastır vandalizmə məruz qalıb. Ermənilər məbədin xarici və daxili hissəsində dəyişikliklər edib, divar yazıları və ornamentləri silib, yerinə Qriqorian xaçları həkk ediblər. Ancaq onlar bu monastrı özünküləşdirməyə çalışsalar da, bu Alban kiləsəsinin erməni kiləsisə ilə heç bir yaxınlığı yoxdur.

https://www.youtube.com/watch?v=glOm3vE2iuo
MƏNBƏAzərbaycan Dövlət İnformasiya Agentliyi
Öncəki xəbərPolad Bülbüloğlu Şuşada atası Bülbülün ev muzeyi bərpa olunurkən fəhlələrə kömək edib
Sonrakı xəbərCeyhun Məmmədov: Fransanın separatçı və terrorçuları dəstəkləməkdə məqsədi nədir?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın