“Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, həmişəlik uçub gedəcəyəm”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri qalmaqallı seksual fotosessiyaları ilə tanınmış müğənni Afaq Aslan Instaqram səhifəsində yazıb. Türkiyəyə köçməyə hazırlaşdığı deyilən müğənni məsələ ilə bağlı düşüncələrini bizimlə bölüşüb.

– Afaq xanım, “Bədənim bu şəhərdədir, ruhum başqa şəhərdə. Elə gün gələcək ki, mən də həmişəlik uçub gedəcəyəm”, sözlərini Instaqramda paylaşmısınız…

– Ürəyimdən keçənləri statuslarda bildirirəm. Bu sözlər indiki əhval-ruhiyyəmi əks etdirir.

– Türkiyəyə köçmək istəyində olduğunuz deyilir, doğrudur?

– Ola bilər.

– Türkiyəyə köçdükdən sonra müğənnilik işlərinizi davam etdirəcəksiniz?

– Əlbəttə. Lakin hər dəqiqənin öz hökmü olduğunu unutmaq olmaz. Heç kim öncədən proqnoz verə bilməz ki, sabah nə baş verəcək.

– “Həyatda hər şey ola bilər” duyğusu aydındır. Bəs ürəyiniz nə deyir?

– Sevgilim üçün darıxıram… Sevdiyim şəxs qardaş ölkədə yaşayır. Bu səbəbdən də birdəfəlik Türkiyəyə köçüb, orada yaşamağı çox arzulayıram.

– Belə anladım ki, söhbət “Lotu Quli”dən gedir.

– Özəl həyatımla bağlı açıqlama vermirəm. O, insanın kim olduğunu deməyəcəm. Yalnız onu deyə bilərəm ki, hər saniyə onun üçün darıxıram.

– Sevgiliniz uğrunda qurban verməyə hazırsınız?

– Nəinki onun, ilk növbədə sevgim üçün hər şey edərəm. Sevgi həm ürək, həm cəsarət istəyir, həm də qurban tələb edir. Qarşındakını doğurdan da sevirsənsə, qurban verəndə tərəddüd etməməlisən. Sevgi uğrunda bir çox məsələlərin üstündən düşünmədən xətt çəkə bilərəm.

– Buna dəyər?

– Əgər o, insan o sevgiyə layiqdirsə, niyə də yox. Sevgi azaddır, yaşa baxmır. Vurulduğun insanın məmur, biznesmen və ya hər hansı peşə sahibi olmasının fərqi yoxdur. Sevəcəyin şəxsi özün seçmirsən, duyğular özü xəbərsiz gəlib səni tapır.

– Qarşı tərəfin sevgisinin güclü və saf olmasından necə əmin olmusunuz?

– Heç vaxt tək tərəfli sevgi yaşamamışam. Bir insanın mənə qarşı məhəbbətindən əmin olmasam, onu sevə bilmərəm.

– Ayrı-ayı şəhərlərdə yaşayırsınız. Uzun məsafələr münasibətləri soyudur?

– Düşünmürəm ki, zaman və məsafələr hisslərimizi soyutsun. Aramızdakı məsafə uzaq ola bilər, əsas odur ki, ürəklər yaxın olsun.

– Münasibətlərin uğurlu alınması üçün qadın, yoxsa kişi daha çox çaba göstərməlidir?

– Başlıca olaraq qadın. Uzaq məsafələr sevgini soyutmur, ancaq xırda yalanlar sevgini öldürür. Arada səmimiyyət və yalansız münasibət varsa, hər şey yaxşı olacaq.

Müğənni Afaq Aslan

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın