Amerikanın məşhur Aerosmith rok-qrupunun solisti Stiven Taylerin qızı, tanınmış aktrisa Liv Tayler 3-cü dəfə ana olub. Bu haqda öz Instagram səhifəsində paylaşan 39 yaşlı Liv Tayler qız uşağı dünyaya gətirdiyini bildirib. Qızının şəklini paylaşan aktrisa ona Lula Rose Gardner adının verildiyini bildirib.

“Salam. Gözəl qızım nəhayət buradadır. Lula Rose Gardner, o qədər sevincliyik ki…”,- deyə tayler Instaqramda yazıb.

Liv Taylerin nişanlısı David Qardner da eyni şəkli paylaşaraq, “Möhtəşəm qızım dünyaya gəldi. Çox gözəldir, sağlamdır və şükürlər olsun ki, anasına bənzəyir”, –  yazıb.

“Aerosmith” qrupunun solisti Stiven Taylerin qızı Liv Taylerin Royston Langdonla olan əvvəlki evliliyindən 11 yaşında Milo adında bir oğlu, indiki nişanlısı Daviddən də 16 aylıq Sailor adında daha bir oğlu var.

ANS PRESS-in məlumatına görə, Liv Tayler açıqlamasında bildirib ki, iki il ərzində ard-arda hamilə olub. “Elə bilirdim, bu, əbədi olacaq. İndi isə bütün işlər öz yolundadır. Gələn il uşaqlarımızla birgə yaşamaq üçün İngiltərəyə gedəcəyik”, – deyə aktrisa əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın