Ədliyyə Nazirliyinin statistikasına görə, 2017-cı ildə Azərbaycanda yeni doğulan uşaqlara veriən adların arasında Ərəb adları üstünlük təşkil edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məlumatlarına görə, xəbər verir ki, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Ərəb adlarında olub. Belə ki, uşaqlara verilən adlardan ən məşhurları Yusif (2839) və Zəhra (2700) olub.

Yeni doğulan uşaqlara verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında  Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da ən çox sayda olan adlardandır.

Bu il körpələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.

Ötən ilə baxanda adqoyduda sayı artan adlardan daha çox diqqəti Damla adı çəkir. Bu ad ötən il 653, bu il isə 1068 uşağa qoyulub.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın