Şimali Amerika qitəsi ölkələri ABŞ və Kanadada anomal istilərə görə 500-dən çox insan ölüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı CBC telekanalı xəbər verib.

Məlumata görə, Kanadanın Britaniya Kolumbiyasında son beş gündə azı 486 itki qeydə alınıb. Ölənlərin çoxunun yaşlı olduqları və tək yaşadıqları vurğulanıb.

Təcili yardım və səhiyyə sistemi bu qədər ölüm üçün hazır olmadıqlarından hərəkətləri sürətləndirmək və koordinasiya etmək bir az vaxt alıb.

Meteoroloqların bildirdiyinə görə, Kanadanın Litton şəhərində havanın temperaturu 49,5 dərəcəyə qədər yüksəlib. Bu, 80 ildə ilk belə temperaturdur: sonuncu dəfə 1941-ci ildə 44,4 dərəcə temperatur qeydə alınıb.

Kanadanın bir sıra bölgələrində 40-45 dərəcə isti həftənin sonuna qədər davam edəcək.

ABŞ-ın Oregon ştatında azı 63 nəfər isti havanın qurbanı olub. Maltnom dairəsində isə 45 adam vəfat edib.

Öncəki xəbərDonald Tramp 2024-cü il prezident seçkilərinə qoşulmaq qərarı verdi
Sonrakı xəbərRonaldo hər bir Instagram paylaşımına görə 1,35 milyon avro qazanır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın