Ukrayna Dövlət Sərhəd Xidməti və ABŞ-ın Kiyevdəki səfirliyi ölkə sərhədinin şimal və şərq hissələrinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı birgə plan imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, Amerika Birləşmiş Ştatları planın həyata keçirilməsi üçün 20 milyon ABŞ dolları ayırıb.

Layihə Ukraynanın milli təhlükəsizliyinə yaranan təhdidlərə qarşı çıxmaq üçün sərhədçilərə texniki yardım, o cümlədən Dövlət Sərhəd Xidmətini pilotsuz uçuş sistemləri, özəl texnika, videomonitorinq avadanlıqları, rabitə vasitələri, avadanlıqlarla təmin etməyi nəzərdə tutur.

MƏNBƏUkrayna Dövlət Sərhəd Xidməti
Öncəki xəbərMoskvada “3+3” formatında ilk görüş başa çatıb
Sonrakı xəbərQurban Qurbanov: Bu cür qərarlarla bizi futboldan iyrəndirə bilməzlər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın