Amerika Birləşmiş Ştatları Rusiya Federasiyası və Belorusun müdafiə sektoruna sanksiyalar tətbiq edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Rusiyanın müdafiə sektoruna qarşı tətbiq ediləcək genişmiqyaslı sanksiyalar nəticəsində silahların hazırlanması və istehsalı ilə məşğul olan şirkətlər önəmli xərclərə məruz qalacaq.

Toplamda, sanksiyalar müdafiə sektoru ilə bağlı 22 struktura, o cümlədən Rusiya ordusu üçün piyada döyüş maşınları və pilotsuz təyyarələr istehsal edən şirkətlərə təsir edəcək.

Bəyanatda ABŞ-ın gələcək illər üçün Rusiyanın müdafiə sektorunu və hərbi gücünü zəiflətməyə, o cümlədən ölkənin mühüm gəlir mənbələrinə qarşı tədbirlər görməyə hazırlaşdığı bildirilir.

“Nə qədər ki, bu müharibə [Rusiya-Ukrayna müharibəsi] davam edir, biz beynəlxalq tərəfdaşlarımız və federal həmkarlarımızla əməkdaşlıq edərək Rusiya və onun əməkdaşlarına qarşı effektiv tədbirlər görəcəyik”, – ABŞ ticarət nazirinin müavini Don Qreyvs deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın