ABŞ Rusiyanın Dövlət Duması, onun 328 deputatı və “Sberbank”ın rəhbəri German Qrefə qarşı sanksiyalar tətbiq edib.

YALAN.info bildirir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Maliyyə Nazirliyi hesab edir ki, deputatlar qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanımaqla Ukraynanın suverenliyini, ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətləri dəstəkləyiblər.

Bununla yanaşı, “Sovcombank”ın idarə heyətinin 17 üzvünə və Rusiya hərbi-sənaye kompleksinin 48 şirkətinə qarşı sanksiyalar tətbiq edilib. Amerika Maliyyə Nazirliyi izah edib ki, Rusiya Federasiyası Mərkəzi Bankının ehtiyatlarından qızılla əməliyyatları da sanksiyalara məruz qalır.

Press-relizdə vurğulandığı kimi, [Rusiya Federasiyasının] Mərkəzi Bankının beynəlxalq ehtiyatlarından, o cümlədən qızıldan Rusiya iqtisadiyyatını dəstəkləmək və Ukraynaya qarşı hərbi əməliyyatlarını maliyyələşdirmək üçün istifadə etmək imkanları məhdudlaşdırılacaq. “Bu təlimat açıq şəkildə göstərir ki, Rusiya Mərkəzi Bankı qızılla bağlı istənilən əməliyyatları mövcud sanksiyalara məruz qalır”, – nazirlik bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın