Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmiləri Pekin 2022 Qış Olimpiya Oyunlarında iştirak etməyəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki (Jen Psaki) jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.

O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: “Biz evdən ABŞ komandasının idmançılarını yüz faiz dəstəkləyəcəyik”.

Öncəki xəbərQarabağ erməniləri Azərbaycan tərəfinə keçmək istəyən döyüşçünü güllələdi
Sonrakı xəbərABŞ-da “Tesla” şirkətinin günəş panelləri ilə bağlı araşdırmalar başladılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın