ABŞ-ın Maliyyə Nazirliyi Ukraynadakı durumla əlaqədar Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin bəyanatında deyilir.

“Bu gün ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyada Rusiyanın Ukraynaya əsassız, təxribatsız və qəsdən hücumuna Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etməklə güclü cavab verməyə davam etdi”, – ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.

ABŞ Dövlət Departamenti isə Ukraynada baş verən hadisələrə görə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova qarşı sanksiyalar tətbiq edib. Xəbəri ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

MƏNBƏABŞ Maliyyə Nazirliyi
Öncəki xəbərVolodimir Zelenski: Rusiya bu gecə Kiyevə hücuma hazırlaşır
Sonrakı xəbərUkrayna və Rusiya atəşkəs danışıqlarının yeri və vaxtı barədə məsləhətləşmələr aparır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın