Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp (Donald Trump) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktub göndərib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, məktubda deyilir:

“Sayğıdəyər cənab prezident.

Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək istəyirəm.

Biz Sizinlə birlikdə terrorçuluğun yox edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji güvənliyinin yaxşılaşdırılmasında yüksəliş əldə edə bilərik.

Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ probleminin barış yolu ilə çözülməsində irəliləyiş bu səylərə qatqı sağlayacaq.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın