Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden öz sələfi Donald Trampın yeddi qərarını ləğv edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, ləğv edilən qərarlar arasında Amerika heykəllərinin qorunması ilə bağlı sərəncam da var.

Bu sənəd ölkəni kolonial dövrün abidələrinin məhvi dalğası bürüdüyü zaman imzalanıb.

Bununla yanaşı, Amerikadan gedən humanitar yardımların rebrendinqi, Amerika qəhrəmanları heykəlləri parkının tikintisi, onlayn senzuranın dayandırılması kimi qərarlar da qüvvədən salınıb.

Qeyd olunub ki, sözügedən sənədlər Trampın prezidentliyinin son ilində imzalanıb.

Öncəki xəbərTürkiyə Superliqasında nəfəskəsən çempionluq yarışını “Beşiktaş” JK qazandı
Sonrakı xəbərAzərbaycan-Ermənistan sərhədində gərginliyin səbəbi: Ermənilər Qaragölə necə ayaq açıb?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın