Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden (Joe Biden) Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb.

YALAN.info bildirir ki, ABŞ lideri Alabamada Ukrayna üçün “Javelin” tank əleyhinə raket kompleksləri istehsal edən zavoda səfəri zamanı deyib.

“Biz tarixin dönüş nöqtəsindəyik. Əslində bu, təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir”, – deyə dövlət başçısı bəyan edib. Bayden əlavə edib ki, o, Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” hesab edir.

ABŞ prezidenti Co Bayden çıxışında Ukraynanı Rusiya ilə səhv salıb. O, ABŞ-ın Ukraynaya deyil, Rusiyaya “Javelin” tank əleyhinə raket sistemləri verdiyini deyib: “Rusiyanın hücumundan əvvəl biz müdafiəni gücləndirmək üçün Rusiyanın “Javelin” və başqa silahlara malik olmasından arxayın olduq”.

Dövlət başçısı çıxışı zamanı daha bir dəfə səhv edərək Konqresdən Ukraynaya dəstək üçün istədiyi 33 milyard dollarlıq əlavə paketin həcmini 300 milyard dollar kimi qeyd edib.

“Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. Ukraynaya 3 milyard dollardan çox hərbi yardım etmişik. Biz Ukraynaya kömək etməsək ruslar irəliləməyə davam edəcəkdilər. Müharibəyə qarşı çıxmasaq, bunun nəticələri daha ağır olar və 3-cü Dünya Müharibəsi başlaya bilər”, – deyə Bayden açıqlayıb.

MƏNBƏTASS
Öncəki xəbərŞolts: Rusiyanın başqa ölkəyə müdaxilə etməyəcəyinə zəmanət yoxdur
Sonrakı xəbərAvstraliya Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın