Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden (Joseph Biden) Nyu-Meksiko ştatında bir neçə müsəlmanın öldürülməsinə əsəbləşdiyini bildirib.

YALAN.info bildirir ki, Ağ Ev Administrasiyasının rəhbəri bununla bağlı Twitter sosial şəbəkəsindəki hesabında yazıb.

“Albukerkedə dörd müsəlman kişinin dəhşətli öldürülməsi məni əsəbləşdirir və üzür. Tam araşdırmanı gözlədiyimiz müddətdə dualarım ölənlərin ailələri ilədir və Administrasiyam müsəlman icmasının yanındadır”, – ABŞ lideri vurğulayıb. “Bu nifrətlə dolu hücumlara Amerikada yer yoxdur”, – Bayden əlavə edib.

Qeyd edək ki, hadisə Nyu-Meksiko ştatının Albukerke şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahdan açılan atəşlə öldürülmüş 3 müsəlmanın meyitini aşkarlayıblar. Bundan sonra müsəlman olduğu bildirilən və odlu silahla öldürülən dördüncü şəxsin də meyiti aşkarlanıb.

Şəhərinin səlahiyyətli şəxsləri qətllər arasında əlaqənin olduğunu vurğulayıblar. Albukerke Polis Departamentinin rəisi Harold Medina keçirdiyi mətbuat konfransında “Bu atışmalar narahatedicidir” – deyib. Polis Departamentinin yaydığı xəbərdə deyilir ki, Federal Təhqiqat Bürosu istintaqa yardım edir.

Nyu-Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam da Twitter hesabında bildirib ki, o, qatil, ya da qatilləri ədalət mühakiməsinə təslim etmək üçün yerli, federal hakimiyyət orqanları ilə işləmək üçün şəhərə əlavə əyalət polisi göndərir və onlar tapılacaq.

KİMPresident Biden
MƏNBƏTwitter
Öncəki xəbərPentaqon nüvə silahı ilə bağlı son mövqeyini açıqladı
Sonrakı xəbərİran XİN: Nüvə silahına sahib olmaq İslam Respublikasının prinsiplərinə ziddir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın