ABŞ Konqresində iki ölkə prezidentləri Donald Trampla Vladimir Putinin arasındakı “gizli görüşlər”inə qarşı çıxış ediblər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Nümayəndələr palatasının demokratik partiyadan olan nümayəndəsi Şeyla Cekson Li Rusiya və ABŞ prezidentlərinin gələcəkdə “bütün ola biləcək gizli görüşlərini” pisləyən qətnamə layihəsini parlamentin müzakirəsinə təqdim edib.

Sənədin müəllifi həmçinin Amerika liderini Helsinkidə rusiyalı həmkarı ilə ümumi məxrəcə gəldikləri məsələləri Konqreslə razılaşdırmağa çağırıb.

Qətnamədə vurğulanır ki, Putinlə Tramp arasında əldə olunan anlaşmalar “Kremlin maraqlarına qulluq edir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın