ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransındakı açıqlamasında atom anlaşmasının bərpası ilə bağlı fürsətin həmişə olmayacağını vurğulayaraq deyib ki, əgər İran xoş niyyət və məsələ ilə bağlı şəffaflığının olmadığını öz hərəkəti, ya da hərəkətsizliyi ilə göstərərsə, ABŞ başqa yollara üz tutmaq məcburiyyətində qalacaq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat nümayəndəri üçün keçirilən brefinqdə qeyd edib:

“Bizim İranın atom məsələsi ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla digər müxtəlif variantlarımız var, ancaq onların ictimailəşdirilməsi məqsədəuyğun deyil”.

O, İranın yeni hökumətinin atom anlaşmasının bərpası ilə bağlı müzakirələrə hazırlıqlı olmasına və xoş niyyətlə qatılmasına, habelə danışıqların ötən altı mərhələsində əldə olunan nailiyyətləri artıracağına ümid etdiyini deyib.

Ned Prays Ağ Evin tərəflərin öz öhdəliklərinə qayıtması üçün diplomatiyanı seçdiyini vurğulayaraq bildirib ki, atom anlaşması elə bir təminat yaradacaq ki, daimi və yoxlanıla bilən əsaslarla İranın atom silahı əldə etməsinin qarşısını almaq mümkün olacaq.

O həmçinin yada salıb ki, ABŞ Prezidenti Co Bayden Avropaya səfəri çərçivəsində İranın atom proqram ilə bağlı narahatedici fəaliyyətlərlə əlaqədar anlaşmanın üzvü olan üç Avropa ölkəsi, habelə başqa avropalı müttəfiqləri ilə müzakirələr aparıb.

KİMNed Prays
MƏNBƏABŞ Dövlət Departamenti
Öncəki xəbərƏməkdar artist Nigar Şabanova (Qaragözova) onu təhqir edən izləyicini polisə verdi
Sonrakı xəbərTofiq Zülfüqarov: Rusiya-Ermənistan arasında böhran daha da dərinləşəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın