Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) tərəfindən 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qurumdan verilən məlumata görə, artıq ilk 10 özəl təlim keçmiş it ANAMA-ya avqustun 23-də təmənnasız olaraq çatdırılıb.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasiminin Bakıda avqustun 26-da keçiriləcəyi nəzərdə tutulur.

Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır. Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.

Öncəki xəbərAzərbaycan güləşçisi Həsrət Cəfərov ermənini məğlub edərək Dünya Çempionu oldu
Sonrakı xəbərNuran Abdullayev: Məktəblər onlayn olmalıdır, səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın