Amerika Birləşmiş Ştatlarının birinci xanımı Cil Bayden (Jill Biden) mayın 8-də Ukraynaya işgüzar səfər edib.

YALAN.info bildirir ki, ABŞ Prezidenti Co Baydenin xanımı Ukraynanın birinci xanımı Olena Zelenskaya ilə görüşub.

Simvolik olaraq ABŞ-ın birinci xanımının Ukraynaya səfəri Analar Günündə baş tutub. Xanım Bayden və Zelenskaya birlikdə hərbi əməliyyatların davam etdiyi rayonlardan olan miqrantların məskunlaşdırıldığı məktəblərin birinə baş çəkiblər.

“Birinci xanım Baydenin səfəri yüksək rütbəli ABŞ rəsmilərinin Ukraynaya dəstəyinin nümayişidir. Səfər Ujqoroddan başqa, Slovakiyanın Bratislava, Koşitse və Vişneye Nemetskoye şəhərlərində dayanacaqları əhatə edir”, – Transkarpat Regional Şurasından bildirilib.

Onu da bildirək ki, Cil Baydenin səfəri öncədən elan olunmayaraq gizli saxlanılıb və mediaya qapalı keçib. İndi onun Ukraynanı tərk etdiyi bildirilib.

KİMYelena Kovalenko
MƏNBƏUNIAN
Öncəki xəbərŞuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalında 10 ölkənin musiqiçiləri iştirak edəcək
Sonrakı xəbərG-7 ölkələri Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın