ABŞ generalı Deyvid Tomson (David Thompson) bildirib ki, hipersəs texnologiyasında Rusiya və Çin Birləşmiş Ştatlardan daha çox inkişaf edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, D.Tomson “Biz hipersəs proqramları sahəsində çinlilər, ya da ruslar qədər qabaqcıl deyilik” – deyə vurğulayıb.

Generalın sözlərinə görə, ABŞ kosmik qüvvələri ölkənin hipersəs raketlərini izləmək üçün lazım olan peyk bürcünün növünü müəyyən etmək üzərində işləyir və bu, yeni çağırışdır.

Qeyd edək ki, Rusiya indi hipersəs raketləri ilə yüksək hazırlıq vəziyyətində olan yeganə ölkədir. Rusiya Silahlı Qüvvələrində hipersəs raketi olan “Kinjal” təyyarə kompleksi və “Avanqard” strateji raketləri döyüş növbətçiliyindədir, “Zirkon” hipersəs raketi isə sınaqdan keçirilir.

Öncəki xəbərAraşdırma: Ermənistan Ankaranın şərtləriylə razılaşmağa niyə məcburdur?
Sonrakı xəbərRusiya-Azərbaycan idxal-ixrac prosedurlarının sadələşdirilməsinə anlaşdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın