NATO-dan müttəfiqimiz olan Türkiyənin təhlükəsizlik məsələsində narahatlığını başa düşürük. Ancaq təkcə onlar üçün deyil, həm də ABŞ və Suriya üçün uyğun bir çıxış yolu tapmalıyıq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert (Heather Nauert) deyib. Türkiyə lideri Rəcəb Təyyub Ərdoğanın “Görünür, ABŞ generalı Osmanlı şapalağı yeməyib” sözlərinə açıqlama verən Noyert bunları deyib:
“Biz bu cür sözləri çox eşitmişik. Başqa hökumətlər də tez-tez belə düşüncələr səsləndirirlər. Ancaq xarici siyasətimizi bu sözlərə görə qurmuruq”.
Qeyd edək ki, ABŞ ordusunun generalı Paul Funk Menbiçə səfəri zamanı Türkiyə Ordusunun bölgəyə hər hansı hücumu zamanı aqressiv şəkildə cavab veriləcəyini bildirmişdi. Ərdoğan isə onun Osmanlı şapalağı yemədiyi üçün belə rahat danışdığını demişdi.
Yada salaq ki, FOX telekanalında səhər proqramının aparıcısı olan Hizer Noyert 2017-ci ilin aprel ayından ABŞ Dövlət Departamentinin mətbuat katibidir.
Fox telekanalında səhər proqramının aparıcısı olan Hizer Noyert
FOX telekanalında səhər proqramının aparıcısı Hizer Noyert

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın