Rusiya gəmilərinin Avropa Birliyi (AB) limanlarına girişi qadağan ediləcək.

YALAN.info bildirir ki, bununla bağlı Avropa Komissiyasının sədri Ursula fon der Leyen AB-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi ilə bağlı təkliflərini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, istisnalar ancaq kənd təsərrüfatı məhsulları və ərzaq, həmçinin enerji təchizatında olacaq.

Rusiya ilə yanaşı, Belarus gəmilərinin də Avropa limanlarına daxil olması qadağan edilib.

AB-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketində olan başqa məsələlər:

  • Kömür idxalına qadağa;
  • Rusiyadan sement, dəniz məhsulları, spirtli içkilər kimi başqa malların idxalına qadağa;
  • Yarımkeçiricilərin, maşınların və nəqliyyat avadanlıqlarının ixracına qadağa;
  • Rusiya şirkətlərinə AB-də dövlət satınalmalarında iştirak etmək, həmçinin, Rusiya dövlət qurumlarının hər hansı maliyyə dəstəyinə qadağa;
  • Rusiyanın “dörd əsas bankı” ilə əməliyyatlara tam qadağa;
  • Rusiya və Belarus nəqliyyat şirkətlərinin Avropada işinə qadağa.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın