Avropa Birliyi (AB) Ukraynadakı işğalçılıq siyasəti ilə bağlı olaraq Rusiya Federasiyasına qarşı növbəti sanksiyaları təsdiq edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yeni sanksiyalara görə, Rusiyaya dəyəri 300 avrodan çox olan ətir, məişət texnikası, spirt və başqa məhsulların idxalı qadağan edilib.

Həmçinin, Rusiyaya dəyəri 50 min avrodan çox olan avtomobillərin, eləcə də bir sıra lüks malların ixracına da qadağa qoyulub. Bundan başqa AB çərşənbə axşamı Roman Abramoviçə, eləcə də bir sıra başqa rus iş adamlarına qarşı fərdi sanksiyalar tətbiq edib.

Abramoviçlə yanaşı, “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, Rusiya Sənayeçilər və Sahibkarlar Birliyinin rəhbəri Aleksandr Şoxin, iş adamları German Xan, Süleyman Kərimov AB-nin məhdudiyyətlər siyahısına salınıb.

Həmçinin, sanksiyalar “Birinci Kanal”ın baş direktoru Konstantin Ernstə də şamil edilib. Sanksiya siyahısında Konstantin Ernstdən başqa, rusiyalı jurnalistlər Artem Şeynin və Dmitri Kulikov da var.

Yeni siyahıda toplam 15 fiziki şəxs və 9 təşkilatın yer aldığı bildirilir. Onların Avropa Birliyindəki aktivləri dondurulacaq, həmçinin AB-yə səyahətləri qadağan ediləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın