Avropa Birliyinin (AB) Rusiyaya qarşı 10-cu sanksiya paketi qüvvəyə minib.

YALAN.info bildirir ki, yeni paketdə Rusiyanın 87 fiziki və 34 hüquqi şəxsinə sanskiya tətbiq edilib.

Sanksiyalar paketinə Rusiyanın 10 milyard avroluq ixracının bloklanması, rusiyalı təbliğatçılar, nüfuzlu şəxslər və hərbi rəhbərlərə qarşı məhdudiyyətlər daxildir. Bununla yanaşı, “Alfa Bank”, “Rosbank”, “Tinkoff Bank” sanksiyaya məruz qalıb. Məhdudiyyətlər İranın 4 vətəndaşına, habelə “Qods Aviation Industry” şirkətinin direktoruna da şamil olunur.

Yada salaq ki, Rusiya düz bir il öncə, 2022-ci il fevralın 24-də “xüsusi hərbi əməliyyat” adı altında Ukrayna ərazisinə hərbi müdaxilə edib. Ukraynada müharibə başlayandan bəri Rusiyaya 10 mindən çox sanksiya tətbiq olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın