Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə Şuşa şəhərinə 4-6 hərəkət zolaqlı olacaq 2-ci avtomobil yolunun tikintisi gələn il başa çatdırılacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu keçirdiyi mətbuat konfrasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

“Yol I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır. Uzunluğu 81,6 km olacaq yol 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20,3 km qısa olacaq. Avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

Bundan başqa, onun sözlərinə görə, ölkə prezidentinin “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası haqqında” sərəncamına uyğun olaraq bir neçə istiqamətdə işlər davam etdirilir: “Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi düşünülüb və bu işlər uğurla davam etdirilir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın