Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olduğunu bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiyanın NTV telekanalı xəbər yayıb. Onun fikrincə, həmin vaxta qədər idarəetmə milli razılıq hökumətinə verilməlidir.

Armen Sarkisyanın sözlərinə görə, Ermənistan həm müharibədə, həm döyüş meydanında, həm də diplomatik və beynəlxalq platformalarda Azərbaycana uduzub:

“Mövcud vəziyyəti və ictimai tələbləri nəzərə alaraq daxili siyasi təlatümlərdən qaçınmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğu açıq-aşkar görünür”.

O, bununla əlaqədar məsələləri müzakirə etmək üçün ictimai və siyasi həyatın müxtəlif sahələrinin çoxsaylı nümayəndələri ilə görüşdüyünü söyləyib.

“Görüş iştirakçılarının böyük əksəriyyəti bir məsələdə – Baş nazirin Konstitusiyaya uyğun olaraq istefası, ya da səlahiyyətlərinin ləğvi və erkən parlament seçkilərinin keçirilməsi barədə razılıqlarını bildiriblər”, – deyə Sarkisyan əlavə edib.

Qeyd edək ki, Ermənistan parlament respublikasıdır, yəni erkən seçkilərin keçirilməsi hökumətin və baş nazirin istefasını nəzərdə tutur. Yeni hökumət və baş nazir parlament çoxluğu tərəfindən seçilir.

Öncəki xəbərH.Hacıyev: Bu görüntülər Ermənistanın mədəni dünyadan nə qədər uzaq olduğunun sübutudur
Sonrakı xəbərAzərbaycanda koronavirusla bağlı karantin rejimi dekabrın 28-dək uzadıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın