Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək Eurovision Song Contest 2018 (ESC2018) mahnı yarışmasına qoşulacaq 43 ölkə, tədbirin keçiriləcəyi şəhər və tarix təsdiqləndi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının ESC-in rəsmi saytına qaynaqlanaraq bildirdiyinə görə, beynəlxalq yarışmaya qoşulacağını doğrulamış ölkələr bunlardır: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç və Estoniya.

Eyni zamanda hər il olduğu kimi böyük beşlik ölkələri – İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə Eurovision 2017-nin birincisi olmuş Portuqaliya ilə birlikdə birbaşa finalda çıxış edəcəklər.

Sayca 63-cü olacaq Eurovision 2018 mahnı yarışması 8, 10 və 12 may tarixlərində Portuqaliyanın ən böyük şəhəri olan Lissabon şəhərində keçiriləcək.

Bu il Ukraynanın paytaxtı Kiyevdə keçirilən yarışmasının qalibi “Amar Pelos Dois” mahnısı ilə Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Salvador Sobral – Amar Pelos Dois (Portugal) LIVE at the 2017 Eurovision Song Contest

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın