Türkiyənin məşhur ulduzları Fahriye Evcen və Burak Özçivit evlənib. Onlar 3 illik sevgi ilişkilərindən sonra Sait Halim Paşa Sahilində toy ediblər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Türkiyə mətbuatına qaynaqlanaraq bildirir ki, cütlüyün nikahını Beşiktaş Bələdiyyə başçısı Murat Haznedar kəsib, bəyin şahidliyini prodüser Timur Savcı, gəlinin şahidliyini isə Banu Savcı edib.

Məşhur sevgililər - Burak Özçivit və Fahriye Evcen
Məşhur sevgililər – Burak Özçivit və Fahriye Evcen

Fahriye Evcen Raşit Bağzıbağlının hazırladığı üç fərqli gəlinlik, Burak Özçivit isə Derviş Bağzıbağlının ərsəyə gətirdiyi bəylik kostyumu geyinib.

Burak Özçivit və Fahriye Evcen ilə evləndi

Səbəbkarların nikah əsnasında geyindiyi toy libası ictimai mediada müzakirə mövzusuna çevrilib. Belə ki, sosial şəbəkə istifadəçiləri cütlüyün geyimlərinin keçən il evlənən və soyuq münasibətdə olduqları həmkarları Neslihan Atagül və Kadir Doğulunun libası ilə oxşar olduğunu yazırlar. Şərhlərdə Fahriye Evcenin və Neslihan Atagülün gəlinlikləri ilə yanaşı, saç düzümlərinin də eyni olduğu qeyd olunur.

Kadir Doğulu-Neslihan Atagül və Burak Özçivit-Fahriye Evcen cütlükləri 

Özçivit və Evcen bal ayında Maldiv adalarına yollanacaq.

Toyda iştirak edən tanınmış qonaqlar arasında isə aktyorlar Sinem Kobal və Kenan İmirzalıoğlu cütlüyü, müğənni Murat Boz və aktrisa sevgilisi Aslı Enver, aktrisalar Hatice Şendil, Nur Fettahoğlu və başqaları da olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın