2021-ci ilin 11 ayı üzrə elektrik enerjisi ilə bağlı operativ məlumatlara görə, ötən ilin uyğun dövrü ilə qarşılaşdırdıqda Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı 1843,4 mln. kVt/saat, ixracı isə 400,5 mln. kVt/saat artıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu göstəricilər Energetika Nazirliyinin bu ilin 11 ayı üzrə elektrik enerjisinə dair paylaşdığı operativ məlumatlarda göstərilib.

Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında respublikada elektrik enerjisinin istehsalı ötən ilin uyğun dövrü ilə qarşılaşdırdıqda 1843,4 mln. kVt/saat artaraq 25264,8 mln kVt/saat olub.

Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1672,0 mln. kVt/saat artaraq 23764,2 mln kVt/saat, SES-lərdə 180,4 mln. kVt/saat artaraq 1193,5 mln. kVt/saat, başqa qaynaqlar (KES, GES və BMTYZ) üzrə isə 9,0 mln. kVt/saat azalaraq 307,1 mln. kVt/saat olub. Külək elektrik stansiyalarında 82,7 mln. kVt/saat, günəş elektrik stansiyalarında 51,9 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 172,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

11 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22686,5 mln. kVt/saat (İES-lərdə 21632,8 mln. kVt/saat, SES-lərdə 1053,7 mln. kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 418,0 mln. kV/saat (İES-lərdə 243,4 mln. kVt/saat, SES-lərdə 126,5 mln. kVt/saat, GES-də 48,1 mln. kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60,3 mln. kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2100,0 mln. kVt/saat olub.

Yanvar-noyabr ayları üzrə respublikada elektrik enerjisi istehsalının bölgüsü

2021-ci ilin 11 ayı boyunca elektrik enerjisinin ixracı 1389,5 mln. kVt/saat olmaqla, 2020-ci ilin uyğun dövrü ilə qarşılaşdırdıqda 400,5 mln. kVt/saat artıb.

2021-ci ilin 11 ayı üzrə respublikada elektrik enerjisinə dair operativ göstəricilər

Noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2408,9 mln. kVt/saat, ixracı 233,9 mln. kVt/saat, idxalı isə 10,4 mln. kVt/saat olub. Ötən ilin uyğun dövrü ilə qarşılaşdırdıqda noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 mln. kVt/saat, ixrac 146,1 mln. kVt/saat artıb, idxal isə 0,3 mln. kVt/saat azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı 141,0 mln. kVt/saat olmaqla, ötən ilin uyğun dövrünə nisbətən 15,3 mln. kVt/saat artıb.

2021-ci ilin noyabr ayında respublika üzrə elektrik enerjisinə dair operativ göstəricilər

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın