Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə 2020-ci ilin indiki dövrünə qədər dünya bazarına göndərilən xam neftin həcmi açıqlanıb. 

Oxu.Az-ın BTC boru kəmərinin Türkiyədəki seqmentlərini istismar edən “BOTAS International Limited”dən əldə etdiyi məlumata görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ilin indiki dövrünə qədər 163 milyon 328 min barel həcmində xam neft daşınıb. 

Daşınan xam neft 216 tankerə yüklənərək, dünya bazarına çıxarılıb. 

Qeyd edək ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən xam neftin toplam həcmi 3 milyard 528 milyon 576 min bareldir və bu həcmdə neft 4 min 597 tankerə yüklənərək, Aralıq dənizi və Avropa bazarlarına yola salınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın