Qlobal turizmə 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası səbəbindən dəymiş ziyan üç trilyon dollardır. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Dünya Turizm Forumu İnstitutunun rəhbəri Bulut Bağcı məlumat yayıb.

Bulut Bağçı gələn il bu rəqəmin peyvənd işləri, həmçinin, görülən tədbirlərə görə bir trilyon dollara enəcəyini vurğulayıb. 

Dünya Turizm Forumu İnstitutunun açıqlamasında bildirilib ki, Avropa Parlamentinin prezidenti David Sassoli və 11 ölkənin turizm nazirinin iştirakı ilə təşkil olunan Qlobal Turizm Forumu artıq sona çatıb. Forumda COVID-19-un turizmə təsirləri və bu sahənin dirçəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, əsas gəlir mənbəyi turizm olan ölkələrdən biri qonşu Türkiyədir ki, bu ölkədə pandemiya səbəbindən 2020-ci ilin son 10 ayında ölkəyə səfər edən xarici turistlərin sayı ötən illə müqayisədə, 72,5 faiz azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə 11,2 milyon xarici qonaq qəbul edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 41 milyon nəfər olub. Gürcüstan isə turizmdən 516 milyon ABŞ dolları gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 81 faiz və yaxud 5,3 dəfə azdır. 

Öncəki xəbərAzərbaycanda karantinin sərtləşdirilməsi və SMS-in bərpası gözlənilir
Sonrakı xəbərİlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə xalqa müraciət etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın