Yan Nepomnyaşiyə qarşı tay-brek qələbəsindən sonra 17 yaşlı özbək vunderkind Nodirbek Abdusatorov sürətli şahmat tacını qazanaraq Maqnus Karlseni titulundan məhrum etdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 13 turdan sonra 9,5 xal toplayan Nodirbek Abdusattorov sürətli şahmat üzrə dünya çempionatının açıq bölməsində birinci yerə yüksələn dörd oyunçu arasında birinci olub. 

9,5 xal toplayan digər üç qrossmeyster isə ardıcıl olaraq Yan Nepomnyaşiy, indiki dünya çempionu Maqnus Karlsen və Fabiano Karuana idi. Reqlamentə uyğun olaraq, yalnız ən yaxşı iki oyunçu tay-brek oynamağa davam edirdi.

Sürətli şahmat üzrə çempion, hər bir oyunçuya hər gedişdə iki saniyə artımla üç dəqiqə olan iki blits oyunu ilə müəyyən edildi. İlk oyun heç-heçə başa çatdı və buna görə də çempion ikinci oyunda müəyyənləşdi. Bu partiyada Abdusattorov ağlarla Yan Nepomnyaşiyə qalib gəldi. 

Turnir boyunca Maqnus Karlsen, Levon Aronyan və Fabiano Karuana kimi güclü şahmatçılara qalib gələn Abdusattorov nəinki tarix yazdı, həm də 60 min ABŞ dolları məbləğində mükafat qazandı.

Azərbaycanı təmsil edən 12 şahmatçıdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. 36 yaşlı qrossmeyster 9 xalla səkkizinci olub. Rauf Məmmədov (7 xal) 76-cı, Məhəmməd Muradlı (6,5 xal) 91-ci, Xəzər Babazadə (6 xal) 109-cu, Vasif Durarbəyli (6 xal) 118-ci, Aydın Süleymanlı (5,5 xal) 128-ci və Vüqar Əsədli (2,5 xal) 169-cu yeri tutub.

Qadınlar arasında dünya çempionatda isə Aleksandra Kosteniuk 9/11 nəticə ilə birinci olub və sürətli şahmatda ilk dünya tacını qazanıb. Burada Azərbaycandan Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparıb. Ölkəmizdən ən yaxşı nəticəyə 7,5 xalla 12-ci olan G.Məmmədova imza atıb.

Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 500 000 ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 000 ABŞ dolları, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 000 dollar qazanacaq. Dekabrın 29-da blits yarışları başladılacaq.

Press conference with Nodirbek Abdusattorov, FIDE World Rapid Champion 2021

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın