Azərbaycanlı gənc ifaçı, model Kamilla Məmmədzadə Türkiyədə keçirilən “Golden Star Kids International” beynəlxalq yarışmasının qalibi olmaqla yanaşı, layihənin Qran-prisini də qazanıb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, layihənin əsas məqsədi moda sənayesi sahəsində gənc nəslin potensialını üzə çıxararaq inkişaf etdirmək, ən yaxşı modellərin beynəlxalq arenada iştirakını təmin etməkdir. 

Yarışmada 60 ölkədən, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Polşa, Kuba, Tailand və başqa ölkələrdən 4 yaşdan 18 yaşa qədər 70-ə yaxın iştirakçı qatılıb. 

Layihə bir neçə mərhələdən ibarət idi: milli geyimin təqdimatı, yaradıcılığın müxtəlif sahələrində bacarıqların nümayişi və iştirakçıların bal kostyumları ilə çıxdıqları final hissəsi.

Layihə çərçivəsində Kamilla milli geyimini nümayiş etdirib və “Xarı Bülbül” adlı Azərbaycan mahnısını ingilis dilində geniş auditoriya qarşısında oxuyub. Münsiflər heyəti azərbaycanlı iştirakçının çıxışını yüksək qiymətləndirərək ona ən yüksək balları verib. 11 yaşlı Kamilla Məmmədzadə yaxşı ifaya görə “Best Voice World 2021” nominasiyasına layiq görülüb.

Kamilla Məmmədzadə təkcə model deyil, həm də müğənni və dizaynerdir. O, 2020-ci ildə “Neva Fashion Week” layihəsi çərçivəsində Sankt-Peterburqda hazırladığı uşaq geyimlərini “Kamilla’s Magic World” markası adı altında təqdim edib və “Ən yaxşı uşaq markası” nominasiyasını qazanıb. İstedadlı Kamilla Məmmədzadə həmçinin son illər əldə etdiyi uğurlara görə 2021-ci ildə “Reputation Inc” şirkətinin təşkilatçılığı ilə baş tutan beynəlxalq “Golden Palm Awards” qala gecəsində mükafata sahib çıxıb. 

Öncəki xəbərƏrdoğan: Beynəlxalq media Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış etdi
Sonrakı xəbərSosial şəbəkələrin fenomeninə çevrilən “Həyat həkim” Həyat Məlikova ilə müsahibə
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın