“Biz kürd, ərəb qardaşlarımızın barış, dinclik və təhlükəsizlik şəraitində yaşamasını istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Hətta lazım gələrsə, əl-ələ verib eyni torpaqda birlikdə qanımızı axıtmağa da hazırıq. Yetər ki, birlik, qardaşlıq yolundan ayrılmayaq”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının APA-ya qaynaqlanaraq bildirdiyinə görə, bunu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyub Ərdoğan Türkiyədə “2017-2018 Təhsil ili”nin açılış toplantısı çıxışında deyib.

Ərdoğan bildirib ki, Türkiyənin gücü bütün təhdidlərə qarşı mübarizə aparmağa yetərlidir: “Biz bu məsələnin barış yolu ilə həllinin tərəfdarıyıq. Bu yol da bağlansa, o halda əlimizdəki imkanlardan istifadə üçün tərəddüd etməyəcəyik. Bizim yetərincə gücümüzün olduğunu unutmasınlar. İndi İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və başqa məsələlər müzakirə edilir. Ümid edirəm ki, bunların heç birinə ehtiyac qalmaz. İraq Kürdüstanı hökuməti ağlını başına yığıb, bu, sonu qaranlıq olan yoldan əl çəkər”.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Səsverməyə 3305925 seçici qoşulub. İraq hökuməti referendumun qanunsuz olduğunu bildirib.

İraq hökuməti kürd muxtariyyətindən üç gün ərzində bölgədəki havalimanları üzərində nəzarəti rəsmi Bağdada verməyəcəyi halda, regionla hava bağlantısına qadağa qoyacağını bəyan edib. APA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bununla bağlı İraqın Nazirlər Kabinetinin bəyanatında deyilir.

Bundan öncə İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

Referendumun ilkin nəticələri bu gün axşam saatlarında açıqlanacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın