Əməkdar artist Nigar Şabanova (Qaragözova) sosial şəbəkədə ona təhqir yazan izləyicini polisə şikayət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı xanəndə öz sosial şəbəkə hesabında məlumat verib. Belə ki, Instaqram səhifələrinin birində Şabanova ilə bağlı paylaşılan yazıya həmin şəxs təhqir yazıb:

“Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin adamı polisə verdim. Şərhi yazan izləyicini tapıb qanun çərçivəsində cəzalandırdılar. Hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Nigar Şabanova (Qaragözova) Xəzər televiziyasının efirindən artıq sənətdən uzaqlaşdığını bildirib:

“Azərbaycan qadınları çox dözümlüdür, güclüdür, səbirlidir. Ailə üçün çox fədəkardırlar. Biz hər şeyimizi ailəmiz üçün fəda edəcək qədər qürurlu Azərbaycan xanımlarıyıq. Düzdür, mənim üçün bu seçim çox çətin oldu. Bir müddət söz-söhbətə səbəb oldu. Həqiqətən bir yaradıcı, incəsənət adamı üçün bu çox çətindir. Çünki bir tərəfdə sənət, bir tərəfdə isə ailənin yanında olmalısan.

Tədricən bir az sənətdən uzaqlaşamağa başlayırsan. Məsələn, həyat yoldaşım xidmətə gedəcək. Bu mənim son efirimdir. O, gəlməyənə qədər efirə çıxa bilmərəm və sağ-salamat qayıtsın, üzüm gülsün. Allah da sanki məni onun üçün hədiyyə göndərib ki, artistliyi ailənin xətrinə bacarırsan, gülürsən, firkini yayındırmağa çalışırsan. İstər-istəməz həyəcan var”.

Qeyd edək ki, Nigar Şabanova hərbçi Xəyyam Qaragözov ilə ailə qurub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın