Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” hərəkatı arasında gedən gərgin döyüşlər səngimək bilmir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Əfqanıstan ordusu son sutka boyunca ölkədə 175 yaraqlını zərərsizləşdirib, 84 nəfər isə yaralanıb.

Bununla bağlı Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, son 24 saat boyunca hökumət qüvvələri tərəfindən Loqar, Qəzni, Qəndahar, Bəlx, Baqlan, Qunduz, Bədəxşan, Samanqan vilayətlərində hərbi əməliyyatlar keçirilib.

Həmçinin, “Taliban” silahlılarının yollarda quraşdırdıqları çox sayda partlayıcı maddə Müdafiə Nazirliyinin xüsusi briqadaları tərəfindən zərərsizləşdirilərək, insan tələfatının qarşısı alınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın