Məşhur pop-müğənni Hadisə Açıqgöz Türkiyənin ən prestijli mükafat mərasimlərindən biri olan 47-ci “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasiminə sevgilisi Mehmet Dinçerlerlə qatılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Cem Davran və Çağla Şıkelin aparıcılıq etdiyi gecədə Hadisə “Ən yaxşı qadın müğənni” mükafatına layiq görülüb.

Yaşıl tül detallı paltarla səhnəyə çıxan Hadisəyə mükafatı həmkarı Burak Kut təqdim edib. Mükafatı aldıqdan sonra çıxışında qadın hüquqlarına da toxunan Hadisə sevgilisi Mehmet Dinçerlərə təşəkkür etməyi də unutmayıb:

“Canım Mehmet, bütün gecəni əlimdən tutduğun üçün sağ ol. Çünki çox həyəcanlı idim. Bu gün Beynəlxalq Qadın Hüquqları Günüdür. Məncə, önəmli bir gündür. Belə bir gündə belə dəyərli bir mükafat almaq çox dəyərlidir.

Qadın məsələsi mənim üçün çox həssasdır: Mən bu mövzuda susmamışam və heç vaxt susmayacağam. Yenə çoxlu qadın öldürüldü. Çox qadın itirdik. Mən bu mükafatı 2018-ci ildə də eyni şəkildə almışam. Mən bunu həyatı məhdudlaşdırılan qadınlar üçün alıram”, – deyə o bildirib.

Pantene Altın Kelebek 2021: En İyi Kadın Şarkıcı – Hadise

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın