“Taliban” Kabilə hücum etməyə hazırlaşırdı”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu istefa verən Əfqanıstan prezidenti Əşrəf Qani özünün Facebook hesabında yazıb.

“Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, – deyə o bildirib.

Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, uşaqları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib.

Bu gün radikal “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz giriblər. Hərəkatın üzvlərinin prezident sarayındakı görüntülərini “Əl-Cəzirə” telekanalı yayımlayıb. Kadrlarda onlarla silahlı şəxslə əhatə olunmuş “Taliban” rəhbərliyi göstərilir. Onlar saraydakı görüş otaqlarını ziyarət edir və eyni zamanda masalarda otururlar.

Taliban enters presidential palace in Kabul

“Taliban” radikal hərəkatı tərəfindən tamamilə nəzarət altına alınan Əfqanıstanda xaos hökm sürür. Artıq paytaxt Kabilə gələn və hakimiyyəti təhvil almağa hazırlaşan “Taliban”dan qaçmağa çalışan insanlar paytaxt Kabildəki hava limanına üz tutublar. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən aydın olur ki, aeroport yolunda dəhşətli avtomobil tıxacı var, hava limanına getmək istəyənlərə atəş açılır. Aeroportda isə əsl “apokalipsis” yaşanır. İnsanlar bir-birilərini əzərək hətta təyyarələrin yük yerlərinə doluşmağa çalışırlar ki, nə yolla olursa-olsun ölkədən çıxa bilsinlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın