“Azərbaycan müstəqil dövlətdir, o, dünya dövlətləri ilə siyasətini müstəqil şəkildə qurur. Ölkəmiz bir sıra beynəlxalq layihələrə imza atıb. Bununla Azərbaycan iqtisadiyyatın təməlini gücləndirir. Azərbaycan bu istiqamətdə Avropa Birliyi ilə də əməkdaşlıq edir. Biz bu işləri tam həyata keçirə bilmirik, terrorçu Ermənistan buna mane olur”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV toplantısının ikinci sessiyasında Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ermənilər Qarabağda narkotik becərməklə qazandıqları pula silah alır
Ermənilər Qarabağda narkotik becərməklə qazandıqları pula silah alır

O vurğulayıb ki, Ermənistan hakimiyyəti erməni xalqını girov götürüb: “Biz istəyrik ki, barış olsun, əməkdaşlıq edək, ancaq torpaqlar azad edilsin. Bu, həm də Cənubi Qafqaz regionun inkişafına da səbəb olar. Avropa Birliyi, Avropa Parlamenti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı addımlar atmır. Niyə Ermənistana sanksiyalar tətbiq etmirsiz? Niyə? Axı hər şey aydındır. Dağlıq Qarabağda narkotik bitkiləri əkib-becərilir, bunun qarşısı niyə alınmır? Axı bu hamının problemidi. Ədalət prinsipi niyə işləmir?!

Nə vaxta qədər beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün isə məhdudiyyət olacaq?”

Ziyafət Əsgərov fikirlərini yarımçıq saxlayıb: “Mənim daha sözüm yoxdur, bitdi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın